Muəllif: İbrahim Nəbioğlu

ABİDƏ İNSAN

Məmməd Novruzoğlu Əliyevin 75 illiyinə 1993-cü ilin avqust ayı idi. Azərbaycan prezidenti Heydər Əliyevin əmri ilə Azərbaycan Televiziyasının Türkiyə Təmsilçiliyi təsis olundu. Məni isə Heydər Əliyevin tövsiyyəsi ilə Təmsilçiliyin müdiri təyin etdilər. Həsən Həsənov Xarici işlər naziri vəzifəsinin icrasına yenicə başlamışdı. Mənə akkreditasiyadan keçmək üçün Türkiyə Xarici işlər nazirliyinə təqdim etmək üçün rəsmi bir məktub verdi. O məktubla sentyabrın əvvəlində Türkiyəyə gəldim — nə yerim vardı, nə də yurdum, heç kamera və operatorum da yoxdu.

Tam mətn
Muəllif: Kamran Mahmudov

Söyüş aynası

Uşaq idim. Uşaqlığımız kəsilsin. Bizim nəsil nə uşaq kimi uşaqlıq keçirdi, nə də gənc kimi gənclik.  Indi də 40-a yaxınlaşmışıq, amma hələ də ümidlə yaşayırıq. Nəysə sözüm onda yox. “Uşaq idim” dediyimdə 1988-1992-ci illəri nəzərdə tuturam. Azərbaycanın ən qaynar, emosional dövrü. Bir tərəfdə Qarabağda baş verənlər, o biri tərəfdə Azadlıq meydanında baş verənlər. Azad medianın cücərtiləri. “Azərbaycan”, “Azadlıq” qəzetləri. Və hamının tək televiziya kanalı olan dövlət televiziyası. Onda heç adı da yox idi. Elə öz kanalımız deyirdilər.

Tam mətn
Muəllif: Ramilə Qurbanlı

Solan nar çiçəkləri

yaxud Rusiyanın “udduğu” Qabillər, “Nar bağı” nda qalan Saralar Milli kino deyəndə xəyalıma ilk gələn Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” və Rza Təhmasibin “Arşın mal alan” filmləri olur (daha çox Üzeyir bəy Hacıbəyli), çünki Azərbaycan gerçəkliyinin müəyyən bir dövrünü o zamanı yaşamayanların, görməyənlərin gözləri önündə canlandıra bilir. Milli keyfiyyətlərə, adət-ənənələrə, kökə bağlı nəsnələrdən danışır (Onlar yaxşıdır, ya pis, başqa söhbətin mövzusudur).

Tam mətn
Muəllif: Qulu Məhərrəmli

Frau Merkelin bir cümləsi…

 Rusiyanın son münaqişələrdəki fitnəkar rolunu dünyaya necə anladır? Moskvanın Vnukovo hava limanında  təyyarənin Bakıya uçması rəsmi şəxslərin ləngiməsi səbəbindən 2-3 saat təxirə salınmışdı. Küçəyə çıxmaq mümkün deyildi, çünki dekabr şaxtası adamın iliyinə işləyirdi. Yaxşısı aeroportun kafesində çaydan-kofedən isti bir şey içib qızınmaq idi. Mənim soyuqdan büzüşdüyümü görən dövlət müşaviri, rəhmətlik Vəfa Quluzadə ikinci mərtəbəyə qalxıb çay içməyi təklif etdi.

Tam mətn
Muəllif: Administrator

Televiziya bu gün

https://www.youtube.com/watch?v=B-EBuEHg4lg&fbclid=IwAR1vg776Fn—0ozHcIY-pU4qaywU356wAD9jdPvNse-IIXE-b3FgtomBLrw Bu dəfə telekanallarımızdan söz açmışıq.

Tam mətn
Muəllif: Administrator

Media mühiti

https://www.youtube.com/watch?v=HQ01sKK7m2U&fbclid=IwAR07N26ofGqCSEBVFLopPKd2UcZCfu7nKi_ViM2nfh_X5OnvnhZj2hocsIY Azərbaycanda media mühitindən danışmışıq.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

STAR NEFT EMALI ZAVODU AZƏRBAYCANDA TİKİLƏ BİLƏRDİMİ?..

  İstər siyasi proseslər olsun, istərsə də iqtisadi layihələr, biz bu və ya digər mövzuya toxunarkən həmişə belə bir detalı yadda saxlamağa və öz nəticələrimizdə nəzərə almağa çalışırıq ki, bilavasitə hökumət strukturlarında çalışan insanlar bizdən daha məlumatlıdır və mümkündür ki, onlar elə məqamları bilirlər ki, biz bir yazar olaraq bundan xəbərsizik və yaxud da məsələni bütün təfərrüatlarına qədər bilmirik.

Tam mətn