Mayın 1-dən ibtidai siniflərin yaz tətili başlayacaq

Xəbərlər

25.04.2024 - 15:42

Dövlət məktəbəhazırlıq qruplarında da 5 gün əlavə tətil olacaq

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AYNA-ya bildirilib ki, həmçinin dövlət məktəbəhazırlıq qruplarında 5 gün əlavə tətil (1-5 may) olacaq.

Müəllif: Ayna.az