“Fox News”: ABŞ-ın baş prokuroru hərbi bazada yaşayır

Dünya

13.11.2026 - 23:55

Blanç hərbi obyektə köçürülən yeganə ABŞ administrasiyasının rəsmisi deyil

ABŞ-ın baş prokuroru və ədliyyə katibi Todd Blanç son bir neçə aydır ki, ABŞ-ın paytaxt rayonundakı hərbi bazada yaşayır. AYNA.AZ xəbər verir ki, bu barədə “Fox News” mənbələrə istinadən məlumat yayıb.

Kanalın mənbələri baş prokurorun niyə bazada yaşadığının səbəbini açıqlamayıb. Onun konkret yeri də açıqlanmayıb.

Qeyd olunub ki, Blanç hərbi obyektə köçürülən yeganə ABŞ administrasiyasının rəsmisi deyil. Daha əvvəl ABŞ müdafiə naziri Pit Heqset və dövlət katibi Marko Rubio Vaşinqtondakı hərbi bazaya köçmüşdülər. ABŞ maliyyə naziri Skott Bessent də bu yaxınlarda İrandan təhdidlər aldığı iddia edildikdən sonra hərbi bazada yaşamağa başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş