Şəhər mərkəzindəki insanlara hücum etməyə çalışarkən tutulan Mert Neyin Şimali Kiprdən olduğu bildirilir
Avstraliyanın Sidney şəhərində bir qadını arxadan bıçaqlayan təcavüzkarın Mert Ney adlı bir türk olduğu ortaya çıxıb. Neyin, eyni zamanda bir mənzildə cəsədi tapılmış gənc qadının da qatili olduğu qeyd olunur.
AYNA xarici mediaya istinadən xəbər verir ki, şəhər mərkəzindəki insanlara hücum etməyə çalışarkən tutulan Mert Neyin Şimali Kiprdən olduğu bildirilir.
Sidney şəhər polisi 20 yaşlı Neyin psixoloji problem yaşadığını və şəhərin mərkəzində hücuma cəhd etməzdən əvvəl başqa bölgədə də bir qadını öldürdüyünü açıqlayıb. Bildirilib ki, Sidneydəki mənzilində ölü tapılan 24 yaşlı Mişel Dunn da Ney tərəfindən öldürülüb. Polis Neyin pul qarşılığında intim xidmət göstərdiyi düşünülən Dunnun müştərisi olduğunu ehtimal edir.
“Seven News” həbər kanalı Neyin Dunnun cəsədi tapılan binadan çıxarkən çəkdiyi fotoları tapıb. Qatil binadan çıxarkən selfi etməyi də unutmayıb.
Mert Ney 41 yaşlı bir qadını qəssab bıçağı ilə kürəyindən bıçaqlayandan sonra ətrafdakı insanların müdaxiləsi ilə saxlanılıb.
Məişət zorakılığı, oğurluq və zərərli vərdişlərə görə kiçik cinayətlərdə təqsirləndirilən Neyin ailəsi onun itkin düşməsi barədə müraciət etdiyi də bildirilir. Sidneyin qərbindəki Blacktoun yaxınlığındakı Marayonq məhəlləsində böyüyən Mert Ney bu ayın əvvəlində əqli durumunun yoxlanılması üçün xəstəxanaya müraciət etdiyi üzə çıxıb.
Təhlükəsizlik əməkdaşları Mert Neyin hər hansı bir terror təşkilatı ilə əlaqəsi olduğunu düşünmür və bunu terror hücumu hesab etmir.
Sinif yoldaşları Neyi heç bir dostu olmayan tənha uşaq kimi xarakterizə ediblər. Bacısı Yazel Ney isə jurnalistlərə açıqlamasında bunları deyib: “Mən şok oldum, əsəbiləşdim və iyrəndim. Soyadıma nifrət edirəm”.