Hindistan Pakistanla sərhədini Rusiya S-400 sistemləri ilə gücləndirəcək

Dünya

27.11.2026 - 17:58

Hindistanın Rusiyadan alacağı sonuncu S-400 sistemi olan beşinci sistem Kəşmirdə yerləşdiriləcək

Hindistan Pakistanla Nəzarət Xətti boyunca yerləşən Cammu və Kəşmirin şimal ərazilərində Rusiyanın S-400 hava hücumundan müdafiə raket sistemini yerləşdirmək niyyətindədir. AYNA.AZ xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin mənbələri bildirib ki, 2027-ci ilin fevral ayına qədər Hindistanın Rusiyadan alacağı sonuncu S-400 sistemi olan beşinci sistem Kəşmirdə yerləşdiriləcək. Yeni Dehli həmçinin Nəzarət Xətti boyunca Hindistan sərhəd infrastrukturunu modernləşdirməyi planlaşdırır.

Hindistan əvvəllər Çinlə həmsərhəd bölgələri qorumaq üçün Pakistanla sərhəddəki qərb Pəncab, Rajasthan və Qucarat əyalətlərində, eləcə də şimal-şərqi Assamda S-400 sistemləri yerləşdirmişdi. Hindistanın daha çox Rusiya S-400 hava hücumundan müdafiə sistemlərinə ehtiyacı, Hindistanın 2025-ci ilin may ayında Sindoor əməliyyatı zamanı nümayiş etdirilən yüksək effektivliyindən irəli gəlir.

2018-ci ildə Yeni Dehli 5,43 milyard dollara beş S-400 batalyonunun alınması ilə bağlı müqavilə imzalayıb. Beş sistemdən dördü artıq təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş