Qəza ailənin toydan qayıtdığı zaman baş verib
Pakistanın Pəncab əyalətinin Toba Tek Sinqh rayonunda avtomobilin traktora çırpılması nəticəsində altı uşaq da daxil olmaqla bir ailənin 11 üzvü ölüb.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, qəza ailənin toydan qayıtdığı zaman baş verib.
Altı nəfər hadisə yerində, digər beş nəfər isə aldıqları xəsarətlərdən xəstəxanada vəfat edib.