Zelenski: “Dronları ələ keçirməkdə çətinlik çəkirik”

Dünya

27.11.2026 - 16:14

“Ukrayna hava hücumundan müdafiə sistemlərinin “Starshield” sisteminə girişlə bağlı problemi davam edir”

“Ukrayna hava hücumundan müdafiə sistemləri “Starshield” sisteminə girişlə bağlı davam edən problemlər səbəbindən dronları ələ keçirməkdə çətinlik çəkir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski BBC-in Ukrayna xidmətinə verdiyi müsahibədə deyib.

“Nəzarət etdiyimiz Ukrayna ərazisində vəziyyət normallaşıb, amma çox vaxt çox gec olur", - deyə qeyd edib.

Noyabrın ortalarında Zelenski iddia edib ki, Ukrayna Silahlı Qüvvələri “Starshield”ə (Starlink-in hərbi versiyası) girişi beş gün müddətinə məhdudlaşdırıb. Oktyabr ayında Kiyev “Starshield”də sürət məhdudiyyətlərindən şikayətlənib. ABŞ Prezidenti Donald Tramp da öz növbəsində Ukraynada “Starlink” peyk rabitə sisteminə girişlə bağlı hər hansı bir məhdudiyyət barədə məlumatlı olmadığını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş