Rusiya təyyarə yanacağına qənaətə davam edir

Dünya

27.11.2026 - 14:28

Reaktiv yanacağın ixracına qoyulan qadağa 31 mart 2027-ci ilə qədər qüvvədə olacaq

Rusiyadan reaktiv yanacağı ixracına qoyulan qadağa 1 dekabr 2026-cı ildən 31 mart 2027-ci ilə qədər qüvvədə olacaq. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

Tədbir birjada alınan xammala da aiddir. 2026-cı ilin iyun ayında tətbiq edilən əvvəlki qadağa 30 noyabrda başa çatır.

Açıqlamada bildirilir ki, məhdudiyyətlər "daxili bazara etibarlı və fasiləsiz yanacaq tədarükünün təmin edilməsinə" yönəlib.

Tədbirlər beynəlxalq hökumətlərarası müqavilələr çərçivəsində reaktiv yanacağı tədarükünə şamil edilmir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş