Xoşbəxtlikdən, zəlzələ insan itkisinə və ciddi dağıntılara səbəb olmayıb
Bu gün günorta saatlarında Türkiyənin İstanbul şəhərində zəlzələ baş verib. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ 5,8 bal gücündə qeydə alınıb.
Şəhərdə böyük çaxnaşmaya səbəb olan zələlə səbəbi ilə telefon xətləri kəsilib. Daha sonra da məktəblər, xəstəxanalar və ticarət mərkəzləri boşaldılıb.
İstanbulun hava limanlarında uçuşlar dayandırılıb və sərnişinlər hava limanını tərk etməyə başlayıblar.
Şəhər bələdiyyəsindən verilən məlumata görə, xoşbəxtlikdən, zəlzələ insan itkisinə və ciddi dağıntılara səbəb olmayıb.