Etiraz aksiyasında 100-dən çox adam adam ölüb

Dünya

31.10.2019 - 13:10

5 mindən çox insan aksiyaların qarşısı alınan zaman yaralanıb

 

İraqın paytaxtı Bağdadda və ölkənin bir çox vilayətlərində hökümətə qarşı etirazlar davam edir.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, etirazlarda ölən və xəsarət alanların sayı artmaqdadır.

 

İraq Məclisinin İnsan Haqları Komissarlığının yaydığı məlumatda bildirib ki, 6 gündür davam edən etiraz aksiyalarında 100-dən çox adam ölüb, asayiş keçikçiləri tərəfindən aksiyanın qarşısı alınan zaman 5 min 500-ə yaxın insansa yaralanıb.

 

Qeyd edək ki, İraqdakı etiraz dalğasının səbəbi işsizlik, korrupsiya və dövlət orqanlarının vətəndaşlara olan etinasızlığıdır.

 

Ardıcıl davam edən etiraz aksiyalarının qarşısının alınması üçün hökümət Bağdad, Zikar, Meysan, Babil şəhərlərlərində küçəyə çıxmaq qadağası elan etmişdi. Buna baxmayaraq, etirazçılar küçələrə çıxaraq tələblərini irəli sürməkdə davam edirlər.

Müəllif: Ayna.az