“Beşiktaş”la “Hapoel Be'er Şeva” oyunu zamanı Gürcüstan polisinin hərəkətləri pislənilib

Dünya

27.11.2026 - 09:04

“Oyundan əvvəl və oyun zamanı azarkeşlərimizə qarşı qeyri-mütənasib güc tətbiqini qətiyyətlə pisləyirik”

Türkiyənin “Beşiktaş” klubu sosial media səhifəsi “X”də Avropa Liqasının beşinci turunda israilin “Hapoel Be'er Şeva” klubu ilə matçı zamanı Gürcüstan polisinin azarkeşlərə qarşı hərəkətlərindən narazılığını bildirib.

AYNA.AZ xəbər verir ki, tribunadakı iğtişaş səbəbindən matç 35 dəqiqə dayandırılıb.

Türkiyə hakimiyyətinin xahişi ilə UEFA matçı Gürcüstana keçirib, çünki İsrail komandasının təhlükəsizliyinə heç bir zəmanət verilməyib. Lakin matç zamanı türk azarkeş Fələstin bayrağını açıb. Təhlükəsizlik işçiləri onu götürməyə tələsiblər və “Beşiktaş” azarkeşləri bayrağı vermək istəməyiblər. Nəticədə polis göz yaşartıcı qazdan istifadə edib.

“Təhlükəsizlik qüvvələrini UEFA Avropa Liqasında Gürcüstanın Batumi şəhərində keçirilən oyundan əvvəl və oyun zamanı azarkeşlərimizə qarşı qeyri-mütənasib güc tətbiqini qətiyyətlə pisləyirik. İdarə Heyəti üzvlərimiz və klub rəsmiləri azarkeşlərimiz stadiona getməyə başlayandan bəri vəziyyəti diqqətlə izləyir. Təhlükəsizlik qüvvələrinin azarkeşlərimizin stadiona girməsinə mane olduğunu öyrəndikdən sonra dərhal UEFA nümayəndəsi ilə əlaqə saxladıq və onlar stadionun təxliyə qapılarının açılmasını təşkil etdilər və azarkeşlərimizin stadiona tez və təhlükəsiz şəkildə daxil olmasına imkan verdilər. Təhlükəsizlik qüvvələrinin azarkeşlərimizə qarşı qeyri-mütənasib güc tətbiqi ilə bağlı Batumidəki Baş Konsulluğumuz və UEFA ilə birlikdə tədbirlər görüldüyünü elan edirik və hər bir azarkeşimiz ölkəmizə sağ-salamat qayıdana qədər vəziyyəti yaxından izləyəcəyimizi bəyan edirik”, - klubun məlumatında qeyd edilib.

“Prezidentimiz Serdal Adalı ilə görüşən və vəziyyəti yaxından izlədiyini bildirən və klubumuza və azarkeşlərimizə başsağlığı verən Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğana minnətdarlığımızı bildiririk. Gürcüstandakı həyəcanverici hadisələrlə əlaqədar bizə və azarkeşlərimizə göstərdikləri həmrəylik və rəğbətə görə Türkiyə klublarına təşəkkür edirik", - deyə bəyanatda əlavə edilib.

Türkiyə Futbol Federasiyası (TFF) həmçinin Gürcüstan polisinin Beşiktaş azarkeşlərinə qarşı hərəkətləri ilə bağlı bəyanat yayıb: "Heç kim unutmasın ki, Türkiyə futbol nümayəndələrinə və azarkeşlərinə qarşı yönəlmiş hörmətsizlik, ayrı-seçkilik və təhlükəsizlik pozuntuları qarşısında səssiz qalmayacağıq. Xüsusilə UEFA ilə bütün zəruri tədbirlərin görülməsini və əlaqəli şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etmək üçün milli və beynəlxalq platformalarda qətiyyətli hərəkət edəcəyik".

Türkiyə xarici işlər naziri Hakan Fidan gürcü həmkarı Maka Boçorişvili ilə klublar arasında keçirilən oyunda baş verən hadisəni müzakirə edib. “TRT Haber”in məlumatına görə, tərəflər türk azarkeşləri ilə yerli polis arasında baş verən toqquşma ilə bağlı fikir mübadiləsi aparıblar.

Gürcüstandakı Türkiyə səfirliyinin və Batumidəki Baş Konsulluğun əməkdaşları stadionda olublar.

Xatırladaq ki, matç 2-1 hesabı ilə "Beşiktaş"ın xeyrinə başa çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş