İki Latın Amerikası ölkəsi açıq müharibə həddində

Dünya

04.09.2019 - 16:52

Venesuela ilə Kolumbiya arasında qarşılıqlı “əzələ nümayişi” yaşanır

 

Venesuela Prezidenti Nikolas Maduro Kolumbiya hökumətinə xəbərdarlıq edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Maduro bu barədə Venesuela Dövlət Televiziyasının efirində açıqlama verib.

 

“Mən Milli Bolivar Silahlı Qüvvələri Strateji Əməliyyatlar Komandanlığına bu barədə təlimat vermişəm. Sərhəddəki bütün hərbi hissələr Kolumbiyadan gələcək hücum təhlükəsinə qarşı tam hazırdır”, - deyə o vurğulayıb.

 

Maduro, həmçinin Kolumbiya sərhədində baş tutacaq təlimlərin vaxtını da açıqlayıb. Onun sözlərinə görə, təlimlər 10-29 sentyabr arasında Zulia, Taçira, Apure və Amazonas şəhərlərində baş tutacaq.

 

Kolimbiyanın da cavabı gecikməyib. Bu ölkənin Silahlı Qüvvələrinin (FARC) keçmiş inqilab komandiri İvan Markes, buna qarşılıq olaraq Venesuela sərhədlərində hərbi təlimlərin keçiriləcəyini açıqlayıb.

 

Lakin Kolumbiya Xarici İşlər Nazirliyi Maduronun açıqlamasına münasibət bildirməkdən imtina edib.

Müəllif: Ayna.az