ABŞ hərbçiləri yenidən Suriyadakı bazaya qayıdıb

Dünya

03.11.2019 - 09:26

Pentaqonun təmsilçiləri Kobaniyə  gediblər

 

ABŞ hərbçiləri yenidən Suriyadakı bazaya qayıdıb. AYNA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Pentaqonun təmsilçiləri Suriyanın Türkiyənin cənub hissəsi ilə sərhəd olan Ayn-əl-Ərəb (Kobani) rayonuna gediblər.

 

Qeyd edək ki, ABŞ hərbçiləri bir qədər əvvəl həmin dayaq məntəqəsini tərk etmişdilər. Buna səbəb Türkiyə Silahlı Qüvvələrinin "Barış pınarı" əməliyyatını başlaması idi.

 

Məlumata görə, 50 zirehli texnikadan və İraqın dövlət nömrə nişanlarının olduğu xeyli sayda yük avtomobilindən ibarət konvoy Sirrin yaşayış məntəqəsinə qayıdıb.

 

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə