Ərdoğan və Merkel Suriya böhranını müzakirə edib

Dünya

27.10.2019 - 21:50

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Baş Naziri Angela Merkel arasında telefon danışığı olub

 

AYNA xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb. R. T. Ərdoğan və A. Merkel Suriyanın şimal-şərqindəki durum və ikitərəfli əlaqələr barədə müzakirə aparıblar.

 

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Suriyanın şimalında "Barış bulağı" əməliyyatına başlayıb. Türkiyə ABŞ-la əldə edilən razılaşmaya uyğun olaraq əməliyyata 120 saat ara verib və bu müddətdə terrorçular Tel-Abyad və Rəsulayn bölgələrini tamamilə tərk edib. Oktyabrın 22-də Soçidə Türkiyə və Rusiya arasında əldə edilən razılaşmaya əsasən, YPG/PYD terrorçuları Suriyanın şimalındakı digər bölgələrdə də Türkiyə sərhədindən 32 km geri çəkilməli, 32 km-lik zolaqdan kənarda yerləşən Menbiç və Tel-Rıfat bölgələrini tamamilə tərk etməlidirilər.

 

Müəllif: Ayna.az