Salome Zurabaşvili Belarusa səfərini yarıda dayandıraraq Tbilisiyə qaydıb
Gürcüstan Prezidenti Salome Zurabaşvili Belarusa səfərini yarıda dayandıraraq Tbilisiyə qaydıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, buna, ötən gün Gürcüstan parlamenti qarşısında baş verən etiraz aksiyası səbəb olub.
Qeyd edək ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib. Bu zaman qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. "Gürcü arzusu" partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb ediblər.
Ötən gecə isə Tbilisidə geniş etiraz aksiyası keçirilib. Polis güc tətbiq edərək aksiyanı dağıdıb, 52 nəfər saxlanılıb.