Ərdoğanın cavabı gecikmədi - <font color=red> “Avropa İttifaqı, özünə gəl”</font>

Dünya

10.10.2019 - 18:28

Ötən sutka ərzində 12 mindən çox qaçqın öz torpağına geri qayıdıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrini Ankaranın Suriyadakı hərbi əməliyyatlarını pislədiyi üçün tənqid edib.

 
AYNA xarici mediaya əsasən xəbər verir ki, Ərdoğan, həmçinin bəyənatında Qərb tərəfdaşları Türkiyəni işğalçı adlandırmaqda qınayıb və qaçqınlar üçün sərhədin açılmasını tələb edib.
 
“Brüssel heç vaxt səmimi olmayıb, aldadıb. Bir vaxtlar Türkiyənin "terror hücumları təhlükəsi altında" olduğunu və 3.5 milyon suriyalı qaçqın qəbul etdiyini deyirdi. Kürdüstan Fəhlə Partiyasını (Suriya Kürdlərinin Özünümüdafiə Qüvvələri) görməyənlər indi bizə “kənara çəkilin” deyir. Avropa İttifaqı, özünə gəl!”, - deyə Türkiyənin lideri bəyan edib.
 
Türkiyə Prezidenti çıxışı zamanı ərəb ölkələrini də qınayıb: “Misir və Səudiyyə Ərəbistanı susur. Səudiyyə Ərəbistanı güzgüyə baxsın, Yəməni kim bu vəziyyətə gətirib? Cavab versin. Öz ölkəsində demokratiyanı öldürən Misirsə sussun!”

Xatırladaq ki, türkiyəli lider dəfələrlə çıxışında Suriyanın şimalında başlatdığı hərbi əməliyyatların üç səbəbini açıqlayıb: “Məqsədimiz sərhəddəki terroristləri zərərsizləşdirmək, Suriyanın ərazi bütövlüyunun qorunmasına nail olmaq və suriyalı qaçqınların vətəninə qayıtmasına imkan yaratmaqdır. Türkiyə sona qədər qaçqınlara baxa bilməz”.

Məlumat üçün deyək ki, Suriyada başlayan hərbi əməliyyatdan sonra ötən sutka ərzində 12 mindən çox qaçqın öz torpağına geri qayıdıb.

Müəllif: Ayna.az