Türk lider vəfat etdi

Dünya

30.09.2019 - 17:58

Mahdumun cənazəsi doğulduğu kəndin ailə qəbristanlığında dəfn olunub

 

Əfqanıstan türklərinin lideri və keçmiş millət vəkili Abdulkərim Mahdum 77 yaşında dünyasını dəyişib. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mahdumun cənazəsi günorta namazından sonra doğulduğu kəndin ailə qəbristanlığında dəfn olunub.

 

Qeyd edək ki, Abdulkərim Mahdum 1942-ci ildə Əfqanıstanda dünyaya gəlib və 26 yaşında Əfqanıstan parlamentinin üzvü olub.

 

Ardıcıl 2 dəfə Əfqanıstan parlamentinə deputat seçilən Mahdum, Əfqanıstan məktəblərində türk dilində təhsil verilməsinə nail olub və Əfqanıstan Milli Radiosunda Türkmən və Özbək dillərində proqramlar hazırlayıb.

 

Onu da əlavə edək ki, Mahdum 1982-ci ildə 4500 türkəsilli əfqan immiqrantın Türkiyəyə gəlməsinə də şərait yaratmışdı.

Müəllif: Ayna.az