Ukraynada prezident ofisi qarşısında aksiya keçirilir

Dünya

02.10.2019 - 04:05

Ukrayna prezidenti Vladimir Zelenskinin ofisi qarşısında 700-dək etirazçı aksiya keçirir

AYNA “Qafqazifo”ya istinadən xəbər verir ki, onlar “Ştaynmayer formul”unun imzalanmasına etiraz edirlər. Nümayişçilər həmin razılaşmanı “kapitulyasiyaya aparan yol” adlandıraraq prezidentin istefasını tələb ediblər. Prezident ofisini ölkənin Milli Polisi mühafizə edir. Hazırda binada sakitçilikdir.

 

Qeyd edək ki, “Ştaynmayer formulu” Donetsk və Luqansk vilayətlərində yerli özünüidarəetmənin qaydalarını müəyyən edir. Buna Donbasın xüsusi statusu haqqında qanun da deyilir. 

Müəllif: Ayna.az