Ruhani ilk dəfə neft zavodlarına hücumdan danışdı

Dünya

17.09.2019 - 01:37

Həsən Ruhani: "Hər gün Yəmən bombalanır və günahsız insanlar ölür"

 

İran prezidenti Həsən Ruhani ilk dəfə dronlarla Səudiyyə Ərəbistanının neft zavodlarına edilən hücumdan danışıb. AYNA “Qafqazinfo"ya istinadən xəbər verir ki, Ankarada rəsmi səfərdə olan Ruhani bu hücumu “Yəmən xalqının özünümüdafiəsi” adlandırıb:

 

“Mən təhlükəsizlik məsələlərinə diqqət çəkmək istərdim. Hər gün Yəmən bombalanır və günahsız insanlar ölür. Buna görə də, Yəmən xalqı hər gün edilən bu cür silahlı hücumlara cavab verməli idi. Yəmən xalqı nə edirsə, özünü qorumaq üçün edir. Həmçinin, hücumlardan müdafiə olunmaq üçün...”.

 

Xatırladaq ki, daha əvvəl İran Xarici İşlər Nazirliyi zavodlara edilən hücumlara görə ittihamları qəbul etməmişdi.

Müəllif: Ayna.az