Yevlaxda maşın aşıb: iki nəfər ölüb

Hadisə

17.11.2026 - 16:13

"İnfinti" markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb

Bu gün baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar 2000-ci il təvəllüdlü şəxs (qadın) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ölü vəziyyətdə gətirilib. AYNA.AZ xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edək ki, Mingəçevir-Bəhrəmtəpə yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində "İnfinti" markalı avtomobilin aşması nəticəsində sürücü Tural Əliyev və sərnişin Pəri Məstəliyeva ölüb.

Qeyd edək ki, Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Goranboy sakini Tural Əliyevin idarə etdiyi "İnfinti" markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı sürücünün öldüyü bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş