İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Xəbərlər

17.11.2026 - 14:23

50 kiloqrama yaxın narkotikin ölkəmizə keçirilməsinə imkan verilməyib

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinə imkan verilməyib. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Horadiz" və "Lənkəran" sərhəd dəstələrinin xidməti ərazisində xeyli miqdarda narkotik vasitə və psixotrop tərkibli həbin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana gətirilməsinin qarşısı alınıb.

Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində iki hal olmaqla, 39 kiloqram 700 qram narkotik vasitə və 3 min ədəd psixotrop tərkibli "Metadon M-40" həbi, "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində isə 10 kiloqram 250 qram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş