Parlament bəyanat layihəsini 54 səs lehinə, 33 səs əleyhinə olmaqla rədd edib
Ermənistan Parlamenti plenar iclasın gündəliyindən müxalifətdəki “Ermənistan” fraksiyasının ölkədə demokratiyanın geriləməsi və siyasi təqiblərlə bağlı bəyanat layihəsini 54 səs lehinə, 33 səs əleyhinə olmaqla rədd edib.
AYNA.AZ erməni mediasına istinadən bildirir ki, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatları layihənin əleyhinə, müxalifət isə lehinə səs verib.
Bəyanat layihəsi əvvəl “Ermənistan” fraksiyasının deputatı Lilit Qalstyanın sədrliyi ilə keçirilən parlamentin İnsan Hüquqları Komitəsinin iclasında rədd edilmişdi.
Bəyanat layihəsi ölkədə söz azadlığına, qanunun aliliyinə və insan hüquqlarının qorunmasına qoyulan məhdudiyyətlərlə bağlıdır.
Layihəni komitə iclasında təqdim edən Qalstyan həmçinin məhkəmə sisteminin müstəqillik səviyyəsi və siyasi səbəblərdən həbslərin qanunsuz olaraq profilaktik tədbir kimi istifadəsindən narahatlığını ifadə edib.
Layihəni müzakirə etmək üçün müxalifət fraksiyası 16 noyabrda parlamentdə dinləmələr keçirib və dinləmələrdə parlamentdənkənar qüvvələrin nümayəndələri də iştirak ediblər.