COP31-də Xəzər dənizinin problemləri müzakirə olunub

Xəbərlər

16.11.2026 - 22:47

Təbiətin qorunması və ekoloji balansın bərpası üçün koordinasiyalı tədbirlərin görülməsinin əhəmiyyəti vurğulanıb

Antalyada davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda “Xəzər dənizi: Ətraf mühitin mühafizəsi naminə elmi və regional əməkdaşlıq” başlıqlı müzakirələr təşkil olunub.

AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, panel sessiyasında çıxış edən Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev ekologiyanın sərhəd tanımadığını deyib.

Onun sözlərinə görə, Azərbaycan Xəzər dənizinin dayazlaşması ilə bağlı problemi mütəmadi şəkildə gündəmə gətirməkdədir, problemin həlli istiqamətində digər dövlətləri, xüsusilə də Xəzər sahilində yerləşən ölkələri həmrəyliyə səsləməkdədir.

M.Babayev bildirib ki, bu məsələdə Azərbaycanla tam bir həmrəylik sərgilənməli, problemin həllinə dəstək verilməlidir.

Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev Xəzər dənizinin səviyyəsinin sürətlə azalmasının region üçün aktual ekoloji və iqtisadi problemlərdən birinə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, Xəzərin səviyyəsinin aşağı düşməsi səbəbindən dənizin Qazaxıstan hissəsinin sahəsi 18 min kvadratkilometr azalıb.

Qazaxıstanın və Azərbaycanın Xəzər dənizinin problemləri ilə bağlı proaktiv mövqe nümayiş etdiridiklərini vurğulayan M.Oşurbayev digər dövlətləri də problemin həllinə dəstək verməyə çağırıb. “Hazırkı tendensiya davam edərsə, nəticələr fəlakətli ola bilər. Vaxtında atılmayan addımlar səbəbindən vəziyyəti bərpa etmək çox çətin olacaq. Buna görə də, hər kəsi təkcə sual verməyə deyil, həm də düzgün və birbaşa qərarlar qəbul etməyə dəvət edirəm”, - deyə nazir müavini bildirib.

Müzakirələrdə iştirak edən rəsmilər və ekspertlər problemin qarşısını almaq istiqamətində atılacaq addımlardan danışıblar. Qeyd olunub ki, dayazlaşma limanların fəaliyyətinə, gəmiçiliyə, balıqçılığa və sahilyanı infrastruktura birbaşa zərər vurur. Bu, həm də biomüxtəlifliyə və ekosistemin dayanıqlığına ciddi təhdid yaradır.

Təbiətin qorunması və ekoloji balansın bərpası üçün koordinasiyalı tədbirlərin görülməsinin əhəmiyyəti vurğulanıb.

COP31-də Xəzər dənizinin problemləri müzakirə olunub
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş