Kallas: “Rusiya müharibəni davam etdirmək üçün tələblərini artırır”

Dünya

16.11.2026 - 17:27

“Bu, müharibəni davam etdirmək üçün açıq-aşkar bəhanədir”

“Rusiya müharibəni davam etdirmək üçün tələblərinin siyahısını genişləndirib”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Kaya Kallas deyib.

Kallas Moskvanın indiki yanaşmasını 2021-ci ildə irəli sürdüyü tələblərlə müqayisə edərək bildirib: “2021-ci ildə Rusiya müharibəyə başlamaq üçün açıq-aşkar bəhanəyə çevrilən tələblər siyahısı təqdim etdi. İndi eyni tələbləri yenidən irəli sürür. Üstəlik, onlara yenilərini əlavə edir. Bu da müharibəni davam etdirmək üçün açıq-aşkar bəhanədir”.

“Rusiya təklif gözləyir, avropalıların isə ona heç nə təklif etmir. Rusiya daim istifadə etdiyi taktikaya əl atır. Nəticədə birdən belə çıxır ki, məhz biz onlara nəsə təklif etməliyik. Halbuki müharibəni başlayan onlardır”, – deyə diplomat vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş