Putin, Si Cinpin və Tramp arasında üçtərəfli görüşün tarixi açıqlanıb

Dünya

16.11.2026 - 15:35

Üçtərəfli sammit Şençjendə Kylin Villa otel kompleksində keçiriləcək

Ağ Ev Rusiya, Çin və ABŞ liderləri Vladimir Putin, Si Cinpin və Donald Tramp arasında noyabrın 19-da Şençjendə görüş keçirmək planlarını təsdiqləyib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu, ABŞ Prezidentinin açıqlanan cədvəlində təsdiqlənib.

Qeyd edilib ki, üçtərəfli sammit Kylin Villa otel kompleksində keçiriləcək.

Danışıqların Bakı vaxtı ilə saat 10:30-da başlaması planlaşdırılır.

Ağ Ev qarşıdan gələn görüş barədə əlavə məlumat verməyib.

ABŞ Prezidentinin cədvəlinə əsasən, Putin və Si Cinpin ilə üçtərəfli görüşdən əvvəl Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) tədbirlərində iştirak edəcək və Çin lideri ilə ikitərəfli danışıqlar aparacaq.

Rusiya, Çin və ABŞ liderləri arasında keçiriləcək üçtərəfli görüş ABŞ Prezidentinin APEC və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) zirvə görüşlərində iştirak etmək üçün Filippin və Çinə dörd günlük səfərinə yekun vuracaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş