Türk ordusundan terrorçulara ağır zərbə

Dünya

12.09.2019 - 13:40

PKK-ya məxsus 7 gömrük məntəqəsi məhv edilib, təpələrə asdıqları bayraqlar endirilib

 

Türkiyə ordusu İraqın şimalında yerləşən Şırnak, Haftani və Sinhat şəhərlərində terror hücumlarını aradan qaldırmaq üçün “Pəncə-3” əməliyyatına start verib. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat nəticəsində Perak, Kaşuran, Pusaqa, Kesan, Seranis, Merqasor və Şeşdra qəsəbələrində terrorçular məhv edilib.

 

Jandarma qüvvələri tərəfindən həyata keçirilən və qırıcıların da dəstək verdiyi əməliyyatlarda terrorçuların sözügedən ərazilərdə qurduğu 7 gömrük məntəqəsi məhv edilib, təpələrə asdıqları bayraqlar endirilib.

 

Dünən isə ordu Türkiyə və İraq sərhədini bir-birindən ayıran Həzil çayı üstündə körpülər qurub. Bunun ardınca 20 tank, 259 zirehli maşın və Bordo Bərəlilərdən ibarət 250 nəfərlik qoşun İraqın Qaraqaya bölgəsinə daxil olub. Nəticədə terrorçuların 7 müxtəlif ərazidə tankları, hədəfləri və sığınacaqları tamamilə məhv edilib.

Müəllif: Ayna.az