Makron müsəlmanları müdafiə edəcəyinə söz verdi

Dünya

29.10.2019 - 06:53

Prezident respublikada "nifrət"ə yer olmadığını vurğulayıb

 

Fransa prezidenti Emmanuel Makron Bayonn şəhərindəki məscidə hücumu pisləyib və Fransa müsəlmanlarının müdafiəsi üçün əlindən gələni edəcəyini bildirib.

 

AYNA "Report"a istinadən xəbər verir ki, Fransa prezidenti bu dəhşətli hadisənin müəllifinin cəzalandırılması və müsəlman həmvətənlərinin müdafiəsi üçün lazımı tədbirlərin görüləcəyini bildirib. Prezident respublikada "nifrət"ə yer olmadığını vurğulayıb.

 

Xatırladaq ki, dünən Fransanın Pirene Atlantik departamentinin Bayon şəhərlərindəki məscidin önündə naməlum şəxsin açdığı atəş nəticəsində iki nəfər yaralanıb. Atəş açan şəxs saxlanılıb və sorğu-sual zamanı onun 2015-ci ildə Milli Cəbhənin departament seçkilərinə namizəd olduğu məlum olub.

 

Qeyd edək ki, Fransanın daxili işlər naziri Kristof Kastaner və digər siyasətçilər vətəndaşları müsəlman icmasına dəstək verməyə çağırıblar.

 

Müəllif: Ayna.az