Türkiyədə terror: <font color=red> Ölənlər və yaralananlar var</font>

Dünya

12.09.2019 - 22:41

 

Terrorla bağlı artıq prezident Rəcəb Tayyib Ərdoğan da məlumatlandırılıb

 

Türkiyənin Diyarbakır şəhərinin Kulp qəsəbəsi ilə Muş arasında yerləşən Dokuzviraj bölgədə terror hadisəsi törədilib.

 

AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, PKK terrorçuları yola döşədikləri partlayıcıları sivil vətəndaşların olduğu mikroavtobus keçərkən işə salıblar. Partlayışın zərbəsindən avtobus dərəyə yuvarlanıb. Nəticədə 4 nəfər ölüb, 13 nəfər yaralanıb. Avtobusdakılar meşədə işləyən fəhlələr olub. Hadisə yerinə xeyli sayda təcili yardım, polis göndərilib. Yaralılar Kulp Dövlət Xəstəxanasına aparılıb.

 

Terrorla bağlı artıq prezident Rəcəb Tayyib Ərdoğan da məlumatlandırılıb. Ərdoğan Diyarbakır valisi Həsən Basri Güzeloğlu ilə telefonda danışaraq ətraflı məlumat öyrənib. Prezident ölənlərin yaxınlarına başsağlığı verərək, yaralılara şəfa diləyib. O, terroçuların tutulması üçün bütün imkanların səfərbər ediləcəyini vəd edib və məsələni nəzarətdə saxlayacağını bildirib.

 

Müəllif: Ayna.az