AKP-nin bələdiyyə seçkiləri ilə bağlı şübhələri dağılmır

Dünya

03.10.2019 - 20:17

İddia olunur ki, baş verənlər seçkilərin nəticəsinə birbaşa təsir edib

 

Türkiyədə 31 mart bələdiyyə seçkiləri ilə bağlı yeni şikayətlər meydana gəlib. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kiçik Çəkməcə Baş Prokurorluğu, seçkilərdə vəzifə səlahiyyətlərindən sui-istifadə edən 3 nəfərin həbs olunmasını tələb edir.

 

Prokurorluq tərəfindən hazırlanan iddianaməyə görə, ittiham olunan şəxslər seçkilərdə sandıqlara cavabdeh olduqları halda, sandıqlardan gözlənilən nəticələr çıxmayıb. Belə ki, Ədalət və İnkişaf Partiyası üçün (AKP) “2188” nömrəli sandıqdan 204 səs əvəzinə 0, “2095” nömrəli sandıqdan 118 səs əvəzinə 0 və “2257” nömrəli sandıqdan 102 səs əvəzinə 0 səs çıxıb.

 

İddianamədə o da qeyd olunub ki, şübhəlilərin lazımi diqqət və səy göstərməmələri seçkilərin nəticəsinə birbaşa təsir edib. Şikayətlə bağlı yaxın günlərdə məhkəmə prosesinin keçiriləcəyi bildirilir.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə