ABŞ-da İranla bağlı sərt qərar qəbul olunub

Dünya

17.08.2019 - 18:22

"GRACE" çirkli pulların yuyulması və terrorçuluqda ittiham olunur

 

ABŞ məhkəməsi beynəlxalq mübahisəyə səbəb olan İran neft tankerinin müsadirəsinə qərar verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli ədliyyə orqanlarının açıqlamasında qeyd olunub.

 

995000 ABŞ dolları dəyərində olan gəmidə 2 milyon bareldən çox neft olduğu bildirilir. "GRACE" adlı gəmi ABŞ hökumətinin şikayətinə əsasən məhkəməyə verilib.

ABŞ-ın Kolumbiya ştatının Baş Prokrorluğundan verilən açıqlamada deyilir ki, tankerlə bağlı sərt qərar səbəb Beynəlxalq Fövqalədə İqtisadi qanunun pozulması, bank fırıldaqçılığı, çirkli pulların yuyulması və terrorçuluq ittihamlarıdır.

Müəllif: Ayna.az