Türkiyə prezidenti "/>

"Sanksiyalardan narahat deyilik” - <font color=red> Türkiyə prezidenti </font>

Dünya

16.10.2019 - 06:35

Ərdoğan: "Məqsədimiz aydındır" 

 

Rəsmi Ankara sanksiyalar təhlükəsindən narahat deyil və Suriyada “Barış pınarı” antiterror əməliyyatını davam etdirəcəyik.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdan zaman təyyarəsində jurnalistlərə verdiyi açıqlamada deyib.

 

“Məqsədimiz aydındır və heç bir sanksiyadan narahat deyilik. Bizim vəzifəmiz sərhədlərimizdən 32 km məsafədə terrorçuları təmizləməkdir”.

 

Onun sözlərinə görə, rəsmi Ankara Suriyanın Mənbiç və Kobani şəhərlərinin taleyi ilə əlaqədar Rusiya və ABŞ-la danışıqları davam etdirir.

 

Müəllif: Ayna.az