Almaniyada daha gəlirli peşələr hansılardır?

Dünya

02.10.2019 - 00:39

Almaniyada təhsil almaq üçün bir universitet seçərkən gələcək tələbələr yalnız qəbul və oxumaq şərtlərinə deyil, həm də qazanılan peşənin nə qədər qazanclı olacağına diqqət yetirirlər

 

Almaniyada təhsil aldıqdan dərhal sonra hansı peşələrin daha gəlirli və sərfəli olduğunu bu barədə araşdırma aparan mütəxəsislər müəyyən edə biliblər. belə ki, mütəxəssislər,ən azı 3 il iş təcrübəsi olan18 minə yaxın mütəxəssisin maaşını araşdırıblar.


Təhlilin nəticələrində daha çox qazanan ilk 3 ixtisasa açağıdakılar daxildir: 


1.Müştərilərlə işləyən menecerlər; 


2.Topdan satış işçiləri; 


3.Maliyyə sektorunun işçiləri. 


Universitet məzunlarına gəldikdə,ən çox maaş alan peşələrin siyahısına illik gəliri 64,830 avro olan fond menecerləri liderlik edir.


İkinci yer hər cür risklərin hesablanması və qiymətləndirilməsi ilə məşğul olan mütəxəssislərə məxsusdur. Onların illik qazancları 57,378 avro civarındadır. 


Üçüncü yer yüksək tələblərə cavab verən və gördüyü işə görə məsul olan və tələblərər cavab verən İT mütəxəsisləri daxildir.Təhsil aldıqdan sonra gənc İT mütəxəssisi bütün lazımi keyfiyyətlərə və bilik səviyyəsinə sahibdirsə, yüksək maaşlı iş yeri tapa biləcəkdir. 


Ən aşağı qazananlar fotoqraflar,bərbərlər,diş həkimi köməkçiləri hesab olunurlar.Onların əmək haqları minimum əmək haqqından bir qədər çox olur. Belələri bir ildə təxminən 17,700 Avro qazana bilirlər. Qeyd edək ki, əmək fəaliyyətinin ilk illərindən başlayaraq yaxşı maaş alanlara bank işçiləri də aid edilir. 


Peşə seçərkən yalnız onun nüfuzuna və qazancına deyil,həm də bəyəndiyiniz peşə olmasına diqqət yetirməlisiniz ki, ğələcəkdə işinizdən  zövq alasınız. 

 

Yalnız gələcək işinizə olan sevgi və bu sahədə yüksək koryera qurmaq arzusu peşənin bütün sirlərini mənimsəməyə və karyera pillələrinin zirvəsinə qalxmağa kömək edəcəkdir!

 

Əlövsət Əliyev

Müəllif: Ayna.az