Ağ Ev, ABŞ-ın Türkiyə tərəfindən Suriyanın şimalında planlaşdırılan hərəkatda iştirak etməyəcəyini və buna dəstək verməyəcəyini açıqlayıb
“Reuters” xəbər agentliyi ABŞ qoşunlarının Suriyanın şimal-şərqindəki Ras əl-Din və Tel Abyaddakı müşahidə məntəqələrindən çəkildiyini açıqlayıb. ABŞ-ın dəstəklədiyi və əsas dayağı PKK ilə əlaqəli YPG terror təşkilatı olan Suriya Demokratik Qüvvələri (SDG) də Amerika qoşunlarının geri çəkildiyini də açıqlamşdı.
AYNA xarici mediaya istinadən xəbər verir ki, Suriya Demokratik Gücləri ABŞ qüvvələrinin öhdəliklərini yerinə gətirmədiyini və Türkiyə sərhədindəki bölgələrdən ayrıldığını bildirib. “Reuters”ə bununla bağlı xəbəri adı açıqlamayan bir ABŞ rəsmisi verib. ABŞ rəsmisi, “ABŞ əsgərləri Tel Abyad və Rasulayn bölgəsində iki müşahidə nöqtəsini tərk etdilər, digər ABŞ qoşunları isə bölgədəki mövqelərini qədər qoruyacaqlar", - söyləyib.
Xəbərdə ABŞ səlahiyyətlilərinin Suriya Demokratik Qüvvələrinə məsələ barədə məlumat verildiyi qeyd olunub. Həmçinin ABŞ-lı səlahiyyətlilərinin, "SDF-ni Türkiyənin hər hansı hücumundan qorumayacağıq”, - demələri də ifadə olunub.
Dünən Türkiyə prezidenti Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra bu səhər Vaşinqton administrasiyasından çox sərt mesaj gəlib. Ağ Ev, ABŞ-ın Türkiyə tərəfindən Suriyanın şimalı üçün planlaşdırılan hərəkatda iştirak etməyəcəyini və buna dəstək verməyəcəyini açıqlayıb. ABŞ-dan gələn mesajda, "Türkiyənin yaxın zamanda Suriyanın şimalına (Fərat çayının şərqi) istiqamətlənmiş əməliyyat üçün hərəkətə keçəcəyi" ifadə edilib.
Ağ Evdən, İŞİD-i məğlubiyyətə uğradan ABŞ qüvvələrinin artıq birbaşa bölgədə olmayacağını ifadə edilib. Həmçinin açıqlamada, Türkiyənin son iki ildə bölgədə tutulmuş İŞİD döyüşçülərinin taleyindən cavabdeh olacağı yer alıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalını YPG və PKK-dan təmizləmək üçün Türkiyə Cümhuriyyət tarixinin ən böyük hərbi əməliyyatlarına başlayacaq. Əməliyyatlara 85 minlik qüvvə, 200-dək müxtəlif təyinatlı aviasiya qüvvələri cəlb ediləcək. Bu əməliyyat Kipr Sülh Hərəkatından iki, “Fərat Qalxanı” əməliyyatından isə dörd dəfə böyük olacaq.