Pentaqon rəhbəri: "Biz Türkiyə ilə döyüşə hazırlaşmırıq"

Dünya

23.10.2019 - 02:37

Mark Esper: "Bizim üçün bu məsələ gündəlikdə deyil"

 

Pentaqon rəhbəri Mark Esper Türkiyə ilə hərbi münaqişəni istisna edib.

 

AYNA xəbər verir ki, "Türkiyə NATO üzrə uzunmüddətli partnyordur. Biz Türkiyə ilə döyüşə hazırlaşmırıq", - deyə o, CNN telekanalına müsahibəsində bildirib.

 

Qeyd edək ki, bundan əvvəl də ABŞ-ın müdafiə naziri bildirib ki, NATO Yaxın Şərqdəki müttəfiqi Türkiyəyə qarşı müharibəyə başlamaq niyyətində deyil. 

 

"Yaxın Şərqdə NATO üzrə çoxdankı müttəfiqimizə – bizimlə birlikdə Koreyadan Əfqanıstana qədər vuruşmuş Türkiyəyə qarşı müharibəyə başlaya bilmərik. Bizim üçün bu məsələ gündəlikdə deyil", - Pentaqon başçısı deyib.

 

Daha əvvəl ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib ki, Tramp ehtiyac olduğu halda Türkiyəyə qarşı hərbi hərəkətlərə hazırdır, amma Vaşinqton "dünyada sülh"ə üstünlük verir.

 

Qeyd edək ki, Türkiyə oktyabrın 9-da Suriyada PKK/YPG terrorçularına  qarşı "Barış pınarı" antiterror əməliyyatına başlayıb.

 

Müəllif: Ayna.az