Çexiya Azərbaycana L-39NG döyüş qabiliyyətli təlim təyyarəsi təklif edib

Xəbərlər

13.11.2026 - 22:56

Çexiya və Azərbaycan aviasiya sektorunda əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırırlar

Çexiya və Azərbaycan aviasiya sektorunda əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırırlar. Çexiya L-39NG təyyarələrini təklif edib. AYNA.AZ xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Andrey Babiş Dublində jurnalistlərə bildirib.

A.Babiş Praqanın Bakıya “Aero Vodochody” şirkətinin istehsalı olan və beynəlxalq səviyyədə səmərəli dron əleyhinə təyyarə kimi tanınan modernləşdirilmiş L-39NG döyüş qabiliyyətli təlim təyyarəsi təklif etdiyini açıqlayıb.

"Bu təyyarə tədricən dron ovçusu kimi əla nüfuz qazanır. Onun istismar xərcləri daha aşağıdır və milyon avroluq raketlə F-16-nı buraxmaqdansa, dronları məhv etmək üçün daha ucuz vasitələrdən istifadə etmək məntiqlidir", - deyə Çexiyanın Baş naziri bildirib.

Onun sözlərinə görə, Praqa həmçinin Bolqarıstana səkkiz L-39NG təyyarəsinin çatdırılması ilə bağlı danışıqlar aparır. Babiş bu məsələni bolqarıstanlı həmkarı ilə müzakirə etmək niyyətindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş