Almaniya Ukraynaya qış yardımı üçün 200 milyon avro ayıracaq

Dünya

13.11.2026 - 17:39

“Bundestaqın Büdcə Komitəsi buna icazə verib"

Almaniya hökuməti qış aylarında humanitar və infrastruktur yardımı üçün Ukraynaya əlavə 200 milyon avro ayıracaq. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi və Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin birgə məlumatında qeyd olunub.

Məlumatda deyilir: "Almaniya Xarici İşlər Nazirliyi və Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi qış yardımı üçün mümkün qədər tez 200 milyon avro məbləğində əlavə vəsait ayıracaq. Bundestaqın Büdcə Komitəsi buna icazə verib".

Maliyyələşdirmə Ukrayna şəhərlərində elektrik enerjisi, istilik və su təchizatı sistemlərinin fəaliyyətini qorumaq, eləcə də əhalini zəruri mallarla təmin etmək üçün nəzərdə tutulub.

Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyindən ayrılan vəsait məktəblərə, uşaq bağçalarına, kənd təsərrüfatına və mülki müdafiə xidmətlərinə dəstək üçün istifadə olunacaq.

Almaniya Xarici İşlər Nazirliyi cəbhə bölgələrinin sakinlərinə, məcburi köçkünlərə və qonşu ölkələrdə, o cümlədən Moldovada qaçqınlara humanitar yardım göstərməyə, eləcə də şəhər infrastrukturunun qışa hazırlanmasına diqqət yetirəcək.

Almaniya xarici işlər naziri Yohan Vadeful bildirib ki, Berlin Kiyevə humanitar dəstək göstərməyə davam edəcək.

Almaniya Ukraynanın ən böyük donorudur. 24 fevral 2022-ci ildən bəri Berlin Kiyevə təxminən 43,3 milyard avro humanitar yardım və 57,6 milyard avro hərbi yardım göstərib. Rəsmi kanallarla yanaşı, müxtəlif özəl və dövlət Almaniya təşkilatları da mütəmadi olaraq ölkəyə humanitar yardımlar daşıyır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş