Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

Xəbərlər

13.11.2026 - 14:40

Bölgələr üzrə pensiyalar bu ay qrafik üzrə ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib. AYNA.AZ xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə noyabrın 6-da bu ayın pensiya ödənişi həyata keçirilib.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin noyabr ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş