Avropa Komissiyasının nümayəndələrinə təklif təqdim edilib
Moldova hökuməti Avropa İttifaqından (Aİ) xarici vətəndaşlara torpaq satışına 30 illik moratorium qoyulmasını istəyib. AYNA.AZ-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Moldova kənd təsərrüfatı və qida sənayesi naziri Yevgeni Osmoçesku bildirib.
Onun sözlərinə görə, Moldova hakimiyyəti Aİ-dən xarici vətəndaşlara torpaq satışına 30 illik moratorium qoyulmasını istəyib.
Nazir bildirib ki, "Avropa Komissiyasının nümayəndələrinə kənd təsərrüfatı və meşə torpaqlarının xaricilərə satışına 30 illik moratorium təklifi təqdim edilib".
Nazir məsələnin həm siyasi, həm də texniki səviyyələrdə müzakirə olunduğunu bildirib. Lakin hələlik məsələ açıq qalır.