Məhəmməd Cavad Zərif: “Qarşımızda məşəqqətli yollar var, lakin cəhd etməyə dəyər”
Avqustun 25-də G7 ölkələrinin liderləri qlobal ticarət, iqlim dəyişikliyi və İranın nüvə proqramını müzakirə ediblər. AYNA xarici mətbuata istinadən xəbər verir ki, sammit ərəfəsində, Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi İran nümayəndə heyəti Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Fransa xəbər agentliklərinin yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Trampla görüşdən imtina edən Zərif, müzakirədən dərhal sonra fransalı həmkarı ilə də görüşüb və 3 saatlıq müzakirə aparılıb.
Toplantı başa çatandan dərhal sonra Zərif sosial media hesabında belə bir paylaşım edib: “İranın fəal diplomatiyası davam edir. Qarşımızda məşəqqətli yollar var. Lakin cəhd etməyə dəyər”.