Cənubi Koreya 38,3 milyard dollarlıq silah alıb

Dünya

08.10.2019 - 18:44

Ən böyük silah satıcısı ABŞ-dır

 

Cənubi Koreya son 13 il ərzində xaricdən aldığı silaha 45,8 trilyon von (38,3 milyard ABŞ dolları)  xərcləyib.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, alınan silahın ən böyük satıcısı ABŞ olub. Bu, ümumi satışın  təxminən 80%-ni təşkil edib.

 

Məlumatda bildirilir ki, Cənubi Koreya 2006-2018 illər arasında Amerika silahlarına cəmi 35,8 trilyon von xərcləyib.

 

Bu müddət ərzində 40 beşinci nəsil F-35A qırıcılarının alınması üçün imzalanan ən böyük müqavilənin dəyəri 7 trilyon vondan çox olub. Hazırda Cənubi Koreya bu hərbi texnikanın 8-ni alıb. 2021-ci ilə qədər ölkənin hava qüvvələrində 40 F-35A qırıcısı fəaliyyət göstərməlidir.


 
Cənubi Koreya yeni hərbi təyyarələrini bu ilin 1 oktyabrında, Silahlı Qüvvələrin 71-ci Günündə nümayiş etdirib.

Müəllif: Ayna.az