Aparıcı Fira Cəlilovanın evinə edilən basqın barədə açıqlama – RƏSMİ

Hadisə

27.11.2026 - 09:38

İstintaqdan yayınan şəxs aparıcının evində saxlanılıb

Aparıcı Fira Cəlilovanın (Firuzə İskəndərova) Novxanı qəsəbəsində yerləşən bağ evinə basqın edilib. AYNA.AZ xəbər verir ki, bu barədə aparıcı özü video vasitəsilə məlumat yayıb.

Onun sözlərinə görə, hadisə noyabrın 26-da saat 22 radələrində baş verib. Beş avtomobillə əraziyə gələn təxminən 15 nəfərdən ibarət naməlum şəxsin evə basqın etdiyi iddia olunur.

Bildirilib ki, hadisə zamanı evdən üç mobil telefon, ümumi dəyəri təxminən 30 min manat olan qədim boyunbağı, bir cüt brilyant sırğa, həmçinin domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqlar oğurlanıb.

Firuzə Cəlilova hadisədə iştirak etdiyi ehtimal olunan avtomobillərdən dördünün dövlət qeydiyyat nişanını da açıqlayıb:

- 99-ME-666;

- 90-ME-007;

- 90-YA-094;

- 10-CE-025.

Aparıcı hüquq-mühafizə orqanlarına müraciət edərək hadisənin araşdırılmasını, şübhəli şəxslərin müəyyənləşdirilməsini və oğurlanan əşyaların geri qaytarılmasını istəyib.

Aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evi ilə bağlı iddialara aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən edilib.

Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş