Cəlilabadda xəstəxanada uşaq ölümü olub

Hadisə

09.11.2019 - 01:30

Hamilə qadın təbii doğuşla uşaq dünyaya gətirib

 

Cəlilabad rayon Mərkəzi Xəstəxanasında uşaq ölümü olub. AYNA-nın "Report"a istinadən məlumatına görə, Cəlilabad şəhər sakini, 1992-ci il təvəllüdlü Aytən Namiq qızı Kərimova ötən gün gecə saatlarından Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. 

 

Doğum şöbəsinə yerləşdirilən hamilə qadın təbii doğuşla uşaq dünyaya gətirib. İlkin məlumata görə, uşaq ölü doğulub.

 

Meyit müayinə olunması üçün morqa təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: Ayna.az