Xaçmazda avtomobil qəzası baş verib

Hadisə

15.08.2019 - 23:27

2 nəfər xəsarət alıb

 

Xaçmaz rayonunda yol qəzası baş verib. AYNA "Report"-a istinadən xəbər verir ki, Şimal bürosunun məlumatına görə, hadisə rayonun Rəhimoba kəndində qeydə alınıb.

 

Minik və yük avtomibillərinin toqquşması nəticəsində Quba rayonunun Qarxun kənd sakinləri - 1979-cu il təvəllüdlü Qurbanova Sara Hacıağa qızı və 1982-ci il təvəllüdlü Qasımova Dürdanə Mirəli qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. D.Qasımova ambulator müalicəyə, S.Qurbanova isə vəziyyəti ağır olduğundan stasionar müalicəyə cəlb edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az