Dövlət sərhədini pozmağa cəhd edən əcnəbilər saxlanılıb

Xəbərlər

28.11.2026 - 19:47

Dövlət Sərhəd Xidməti məlumat yayıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən (DSX) AYNA.AZ-a bildirilib ki, Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş