Pakistanda bina çöküb

Dünya

28.11.2026 - 16:19

Ölənlərin sayı 11-ə çatıb

Pakistanın Kəraçi şəhərində inşası davam edən altımərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 11-ə yüksəlib. AYNA.AZ-ın xarici mediaya istinadən məlumatına görə, dağıntılar altından daha iki nəfərin meyiti çıxarılıb.

Məlumata görə, binanın çökməsi nəticəsində 14 nəfər xəsarət alıb. Xilasedicilər daha 9 nəfərin dağıntılar altında qala biləcəyini bildiriblər. Axtarış-xilasetmə işləri müasir avadanlıqların köməyi ilə davam etdirilir.

Xilasedicilər dağıntılar altında qalan meyitlərə zərər dəyməməsi və binanın qalıq konstruksiyasının daha da çökməməsi üçün ağır texnikadan istifadəyə məhdudiyyət qoyaraq əsasən əl üsulu ilə axtarış aparırlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş