Ali Rada Zelenskinin işlərindən narazı qalıb – <font color=red> Xətalara yol verib</font>

Dünya

02.11.2019 - 15:40

"Zelenskinin uğursuzluqlarından biri Danimarkanın “Şimal axını-2” qaz kəməri hissəsinin tikintisini təsdiqləməsidir"

 

Ali Radanın “Avropa həmrəyliyi” partiyasından olan deputatı Aleksey Qonçarenko Ukrayna prezidenti Vladimir Zelenskinin oktyabrın son günlərində xarici siyasətdə buraxdığı ciddi nöqsanlarından danışıb.

 

AYNA xəbər verir ki, bu barədə Ukrayna parlamentinin “Youtube” kanalında məlumat verilir.

 

Deputatın sözlərinə əsasən, Zelenskinin uğursuzluqlarından biri Danimarkanın “Şimal axını-2” qaz kəməri hissəsinin tikintisini təsdiqləməsidir ki, bunun da nəticəsində Ukrayna tezliklə Rusiya qazının tranziti ilə məşğul ola bilməyəcək.

 

Bundan başqa, Qonçarenko Zelenskinin Macarıstan və Çexiya ilə beynəlxalq münasibətlərdə passivliyini qeyd edib. Onun sözlərinə görə, bu ölkələrin Baş naziri və prezidenti Rusiyaya rəğbətlə yanaşırlar.

 

Müəllif: Ayna.az