Rusiyadakı fəlakətdə ölənlərin sayı artır

Dünya

04.07.2019 - 18:16

Sel qurbanlarının sayı artır

 

Rusiyanın İrkutsk şəhərində ötən həftə başlayan şiddətli yağışlar nəticəsində meydana gələn seldə ölənlərin sayı 21-ə çatıb.


AYNA xarici mediaya istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, faciə nəticəsində 21 nəfər həyatını itirib. 14 nəfər itkin düşüb, 41-i uşaq olmaqla, 313 nəfər xəstəxanaya yerləşdirilib.


Qeyd edək ki, fəlakət nəticəsində 3 mindən çox ev ziyan görmüşdü, minlərlə insan təhlükəsiz yerlərə təxliyə edilmişdi.

 

Dünən sel zamanı 20 adamın həyatını itirdiyi, 15 nəfərin itkin düşdüyü açıqlanmışdı.

 
Rusiya Prezidenti Vladimir Putin dünən imzaladığı fərmanla İrkutsk bölgəsində fövqəladə vəziyyət elan etmişdi.

Müəllif: Ayna.az