Qambiya Prezidenti vəfat edib

Dünya

28.08.2019 - 07:47

95 yaşında vəfat edib

 

Qambiyanın ilk prezidenti Dauda Cavara (1970-1994) 95 yaşında dünyasını dəyişib. AYNA Trend-ə  istinadən xəbər verir ki, bu barədə Qambiya prezidentinin mətbuat xidmətinin "Twitter" səhifəsində deyilir.

 

Məlumatda bildirilir: "Keçmiş prezident Dauda Cavaranın ölümü bütün ölkəni təşvişə salıb. Qambiya prezidenti Adama Barrou dövlət bayraqlarının endirilməsi barədə sərəncam verib".

 

Qeyd edilir ki, D.Cavaranın ölümü həm ölkə, həm də bütün dünya üçün böyük itkidir: "Mən sabiq prezidentin ailəsinə və bütün Qambiya xalqına dərin hüznlə başsağlığımı bildirirəm".

Müəllif: Ayna.az