Suriyaya 1400-dən çox qaçqın qayıdıb

Dünya

03.11.2019 - 22:14

Sutka ərzində İordaniya və Livandan Suriyaya 1400-dən çox qaçqın qayıdıb

 

AYNA “Report”a istinadən xəbər verir ki, bu barədə müharibə edən tərəflərin barışıqları və qaçqınların hərəkəti üzərində nəzarət mərkəzinin açıqladığı bülletendə deyilir.

 

Bülleten Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

 

“Ötən sutka ərzində xarici dövlətlərin ərazisindən Suriyaya 1443 qaçqın geri dönüb. Belə ki, Livanın “Jaydet Yabus”, “Tell-Kalah” keçid məntəqələrindən ümumilikdə 737 nəfər (222 - qadın, 375 - uşaq) , İordaniyanın “Nasib” keçid məntəqəsindən isə ümumilikdə 706 nəfər (qadın - 212, uşaq - 360) Suriyaya geri dönüb”, - deyə bülletendə qeyd olunub.

 

Müəllif: Ayna.az