İraqı kütləvi etirazlar bürüyüb, ölənlər və yaralananlar var

Dünya

02.10.2019 - 15:11

Baş Nazir: “Etirazçıların bütün tələbləri qanun çərçivəsində yerinə yetiriləcək”

 

İraqın paytaxtı Bağdadda və bəzi şəhərlərdə korrupsiya və işsizlik əleyhinə etirazlar davam edir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, İraq hökumətinin verdiyi açıqlamaya görə, nümayişlərdə 3 nəfər ölüb, 60 nəfər isə ağır bədən xəsarətləri alıb.

 

İraqın Baş Naziri Adil Abdulmehdi etirazlarla bağlı fikirlərini açıqlayıb: “Hüquqlarını tələb edən etirazçılarla, onlara qarşı çıxan təhlükəsizlik qüvvələri arasında heç bir fərq görmürük. Nümayişlərdə dünyasını dəyişən, xəsarət alan və ictimai asayişi pozanlar haqqında da tədbirlər görüləcək”.

 

Baş Nazir onu da əlavə edib ki, etirazçıların bütün tələbləri qanun çərçivəsində həll ediləcək.

 

Digər tərəfdən Prezident Behrem Saleh də “Twitter” hesabında nümayişçilərin tələblərinin konstitusiya qaydalarına uyğun olaraq təmin ediləcəyini söyləyib: “İraqlı gənclərin tələblərini hörmətlə qarşılayırıq. Bu qanuni tələbləri yetirmək bizim borcumuzdur”.

Müəllif: Ayna.az